Cenevrədə ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar keçirilir
Cenevrədə ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar keçirilir

 

Cenevrədə ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar başlayıb. Bu barədə Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov bildirib.

“Bu gün üçtərəfli formatda – Ukrayna, Amerika Birləşmiş Ştatları və Rusiya danışıqların daha bir raunduna başlayırıq. Amerika tərəfinə iştirakına və müvafiq işinə, İsveçrəyə isə görüşün təşkilinə və müzakirələr üçün zəruri şəraiti təmin etdiyinə görə təşəkkür edirik”- Umerov qeyd edib.

Ukrayna nümayəndə heyətinin rəhbərinin sözlərinə əsasən, nümayəndə heyətinin Ukrayna Prezidenti tərəfindən təsdiq edilmiş çərçivəsi və aydın mandatı var.

“Təhlükəsizlik və humanitar məsələlər gündəmdədir. Biz konstruktiv, diqqətli və həddindən artıq gözləntilər olmadan işləyirik. Bizim vəzifəmiz bizi maksimal şəkildə dayanıqlı sülhə yaxınlaşdıracaq həll yollarını irəlilətməkdir” – Rustem Umerov bildirib.

Paralel olaraq, rus mediası danışıqların qapalı formatda keçirildiyini və əsas müzakirə mövzularının hərbi, siyasi və humanitar məsələlər olduğunu yazır.