Çempionlar Liqası | “İberia” Estoniyada “Flora”nı məğlub etdi #1TVSPORT

22:58, 08.07.2026

 

Tbilisinin “İberia” klubu Çempionlar Liqasının birinci təsnifat mərhələsində Tallində “Flora”nı 3:2 hesabı ilə məğlub edib.

Tbilisililər görüşə əla başlayıb və 18-ci dəqiqədə hesabı açıblar. Zviad Nacğebia “İberia”nı önə keçirib. 20-ci dəqiqədə isə Andria Bartişvilinin yerə yıxılmasına görə ev sahiblərinin qapısına təyin edilən penaltini Qiorqi Cincolava qola çevirərək komandasının üstünlüyünü iki topa çatdırıb.

28-ci dəqiqədə estonlar fərqi azaldıblar. “Flora”nın yarımmüdafiəçisi Vladislav Kreyda uzaq məsafədən vurduğu zərbə ilə tbilisililərin qapısına yol tapıb.

60-cı dəqiqədə estonların vəziyyəti ağırlaşıb, çünki hakim onların yarımmüdafiəçisi Airon Kolonu meydandan qovub. Azlıqda qalan estonlar mübarizə apararaq Sander Alamanın qolu ilə tarazlığı bərpa ediblər. Lakin cəmi iki dəqiqə sonra Bakar Kardavanın qolu ilə “İberia” yenidən önə keçib və yekunda qələbə qazanıb.

Gürcüstan və Estoniya komandaları arasındakı qarşıdurmanın qalibi iyulun 14-də məlum olacaq. Cavab qarşılaşmasında “İberia” Tallin komandasını Tbilisidə, Mixeil Mesxi adına stadionda qəbul edəcək.

Qeyd edək ki, səkkiz illik fasilədən sonra Gürcüstan çempionu ilk dəfə olaraq turnirin ikinci mərhələsinə adlamaq üçün real şans əldə edib.

Oxşar