Çexiyanın xarici işlər naziri - Ukraynaya dəstək hökumətin istənilən hərəkəti üçün kart-blanş deyil
Ukraynaya dəstək hökumətin istənilən hərəkəti üçün kart-blanş deyil – bu haqda Çexiyanın xarici işlər naziri İan Lipavski sosial şəbəkədə yazır.
“Biz Ukraynadakı cari vəziyyəti diqqətlə müşahidə edirik. Korrupsiya ilə mübarizə Avropa İttifaqına üzvlük yolunun həyati əhəmiyyətə malik hissəsidir. Ukraynanın yeri Avropadadır və dəstəyimiz onun xalqına aiddir, lakin dəstəyimiz hökumətin istənilən hərəkəti üçün kart-blanş heç vaxt olmayıb və olmayacaq. Bu gün bunu nazir Andrei Sibiqaya xatırlatdım” – İan Lipavski sosial şəbəkədə yazır.