Çexiyanın Baş naziri Petr Pialanın hökuməti istefa verib.
Çexiya konstitusiyasına əsasən, ölkə prezidenti Petr Pavel Pialanın hökumətinin istefası təklifini qəbul edəcək, nazirlər isə yeni hökumət təyin olunana qədər müvəqqəti olaraq vəzifələrini icra etməyə davam edəcəklər.
Çexiyanın parlament seçkilərində qalib gələn “ANO” partiyasının lideri Andrey Babiş hazırda gələcək hökumətin qurulması ilə bağlı danışıqlar aparır.
Məlumat üçün bildirək ki, bundan əvvəl Babişin partiyası və iki ifrat sağçı siyasi birlik hökumət koalisiyası formalaşdırmaq üçün razılaşma imzalayıblar.