Çexiyanın Baş naziri ölkəsinin dronlara qarşı mübarizə üçün nəzərdə tutulmuş təyyarələri Ukraynaya satmayacağını bildirir
Çexiyanın Baş naziri Andrei Babiş ölkəsinin dronlara qarşı mübarizə üçün nəzərdə tutulmuş təyyarələri Ukraynaya satmayacağını bildirir.
Kiyevə səfəri zamanı Çexiya Prezidenti Petr Pavel ölkəsinin qısa müddət ərzində Ukraynaya bir neçə təyyarə verə biləcəyini bildirib.
Babiş isə Çexiya ordusunun özünə təyyarələrin lazım olduğunu və onları Ukraynaya tədarük etməyin mümkün olmadığını bildirib.
“Təyyarələr əlçatan deyil və bizdə başqa təyyarələr yoxdur” – Babiş qeyd edib.
Məlumat üçün bildirək ki, müxalifətdə dörd il qaldıqdan sonra Andrei Babiş oktyabr ayında keçirilən parlament seçkilərinin nəticələrinə əsasən yenidən hakimiyyətə qayıdıb. Parlament seçkilərinin qalibi olan Andrei Babiş Ukraynaya silah üçün büdcədən vəsait ayırmayacağına söz verib.