Çexiyanın baş naziri - Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının sonrakı paketində qaz olmayacaq
Çexiyanın baş naziri - Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının sonrakı paketində qaz olmayacaq

Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının sonrakı paketində qaz olmayacaq, – Bu barədə Çexiyanın baş naziri, Petr Fiala “Reuters” agentliyinə müsahibəsində bəyan etdi.

Çexiya hökuməti başçısının dediyinə görə, Avropa İttifaqı Moskvaya qarşı yeddinci sanksiyalar paketini hazırlayır, lakin artıq bəllidir ki, o, Rusiya qazının idxalını məhdudlaşdırmayacaq, çünki bir çox üzv dövlətlər kifayət qədər tez uyğunlaşa bilmirlər.

Avropa İttifaqının yeni sanksiyaları qızıl idxalını qadağan edəcək, Rusiyaya ixracı qadağan edilən ikili təyinatlı malların siyahısını genişləndirəcək və fiziki şəxslərə qarşı sanksiyalar tətbiq edəcək.

“Sözsüz ki, enerjinin sanksiyalara daxil edilməsi problemlidir, çünki sanksiyaların sanksiyalar tətbiq edən ölkələrə nisbətən Rusiyaya daha çox təsir etməsi qaydasına əməl edilməlidir. Düşünürəm  ki, orada qaz olmamalıdır, çünki bir neçə ölkə Rusiya qazından asılıdır”, – Petr Fiala bəyan etdi.