Çexiyanın Baş naziri Andrei Babiş dondurulmuş rus aktivlərindən istifadə ilə bağlı Belçikanın mövqeyini bölüşdüyünü bildirir
Çexiyanın Baş naziri Andrei Babiş dondurulmuş rus aktivlərindən istifadə ilə bağlı Belçikanın mövqeyini bölüşdüyünü bildirir

 

Çexiyanın Baş naziri Andrei Babiş dondurulmuş rus aktivlərindən istifadə ilə bağlı Belçikanın mövqeyini bölüşdüyünü bildirib.

“Dondurulmuş aktivlərlə bağlı təklif olarsa, bizim də Belçika ilə eyni mövqeyimiz olacaq. Belçika bu müzakirədə ən vacib ölkədir. Mən ötən həftə burada idim və Belçikanın Baş naziri ilə danışdım. O, mənə problemin nə olduğunu izah etdi. Belə ki, görək, mövqe nə olacaq, çünki İtaliya və digər ölkələr də mövqelərini dəyişir. Buna görə də danışıqlar son ana qədər davam edəcək və görək, son təklif nə olacaq” – Babiş bildirib.

Məlumat üçün bildirək ki, dekabrın əvvəlində Belçikanın Baş naziri Bart de Vever Avropa Komissiyasının prezidenti Ursula fon der Laien və Almaniyanın kansleri Fridrix Merts ilə görüşüb. Onlar “Euroclear”da dondurulmuş rus aktivlərindən Ukraynaya kömək etmək üçün istifadəni dəstəkləyirlər, hərçənd Belçika buna qarşıdır. Dondurulmuş rus aktivlərinin əksər hissəsi isə məhz Belçikada saxlanılır.