Çexiyada ticarət mərkəzlərindən birində hücumçu iki nəfəri qətlə yetirib

16:43, 20.02.2025

 
Çexiyada ticarət mərkəzlərindən birində gənc oğlan iki nəfəri bıçaqlayaraq qətlə yetirib. Hücumçu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. O, Çexiya vətəndaşıdır, 16 yaşındadır.

Hadisə Hradeç-Kralove şəhərində baş verib.

“Bir neçə dəqiqəyə hadisə yerində olmağımıza baxmayaraq, hər iki qurban o qədər ağır xəsarətlər almışdı ki, xilasetmə xidmətlərinin səylərinə baxmayaraq, onları xilas etmək mümkün olmadı”- polisin bəyanatında deyilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hücumçunun motivini müəyyən etməyə çalışırlar.

Oxşar