Çexiyada 24 saat ərzində koronavirusun 5 809 yeni halı qeydə alındı. Məlumatı Çexiya Səhiyyə Nazirliyi yayır.
Epidemiyanın yayılmasından bu günə qədər, Çexiyada koronavirusun cəmi 487 563 halı qeydə alınıb. Buradan 7 021 ölüm halıdır.
Ölkədə sağalanların ümumi sayı 389 873-ü təşkil edir.
Çexiyada noyabr ayında koronavirusdan ölüm hallarının sayı iki qat oldu, lakin requlasiyalar fonunda, virusun yayılması göstəricisi azaldı.