Çexiyada Çin istehsalı olan dronları Ukraynaya alış qiymətindən 20 dəfə baha satan şirkətin direktorunu saxlayıblar
Çex şirkəti “Reactive Drone” Çin istehsalı olan dronları Ukraynaya alış qiymətindən 20 dəfə baha satıb – bu haqda Çexiya mediasının jurnalist araşdırmasında bəhs olunur.
“İki il ərzində şirkət təxminən 36 milyon krona dronlar alıb və onları Ukrayna ordusuna 692 milyon krona satıb” – mənbə mediaya deyib.
Jurnalist araşdırmasına əsasən, şirkət mənfəətindən vergi ödəmək istəməyib və vəsaitin böyük hissəsini Çin hesablarına köçürüb.
Dövlətə dəyən ziyan 130 milyon kron təşkil edir, bu isə hüquq-mühafizə orqanlarının əməkdaşlarının məlumatına əsasən, daha da artacaq. Şirkətin hesablarından təxminən 384 milyon kron çıxarılıb. Şirkət rəhbərinin özü saxlanılıb.
“Reactive Drone” şirkətinin rəsmi baş ofisi Praqanın rayonlarından birində yaşayış evində yerləşir. İfadəsi alınan sakinlərdən heç biri nə şirkət nümayəndəsini, nə də şirkətin adını tanıyır.