Çexiya Robert Fico-nun Moskvaya səfəri üçün ölkə hava məkanından istifadə icazəsi verib
Çexiya Slovakiya Baş Naziri Robert Ficonun Moskvaya səfəri üçün ölkə hava məkanından istifadə icazəsi verib. Bu barədə Çexiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Adam Çorgo bildirib.
Çorgo rus mediasında yayılan məlumatı təkzib edib ki, Çexiya Robert Ficoya, 9 may tarixində Moskvada keçiriləcək paradda iştirak etməyi planlaşdıran Slovakiya Baş Nazirinə hava məkanını bağlayıb.
Onun sözlərinə görə, Çexiya həmin ölkələr siyahısına daxil deyil ki, Ficonun hava məkanından istifadəni qadağan etsin.
“Slovak tərəfi uçuş icazəsi almaq üçün standart tələb təqdim etdi və bu dərhal təsdiqləndi”, – deyə Çorgo bildirib.
Robert Ficonun Moskvaya səfəri üçün hava məkanını Estoniya, Latviya, Litva və Polşa bağlayıb.
Qeyd edək ki, ötən il, Avropa həmkarlarının etirazına baxmayaraq, Robert Fico 9 may paraddına iştirak etmək üçün Moskvaya gedib. 2025-ci il 9 may tarixində Moskvada keçirilən rəsmi tədbirlərdə dövlət başçısı səviyyəsində Robert Fico və Serbiya Prezidenti Aleksandr Vuçiç iştirak ediblər.