Çexiya Prezidenti Petr Pavel Kiyevə gedib

15:16, 21.03.2025

 
Çexiya Prezidenti Petr Pavel Ukraynaya iki günlük səfəri çərçivəsində Kiyevə gedib.

Bu haqda Çexiya Prezidentinin Ofisi xəbər verir.

“Bu gün səhər prezident Petr Pavel Kiyevə gedib. O, ukraynalı həmkarı Volodimir Zelenski və baş nazir Denis Şmiqalla görüşəcək” – məlumatda deyilir.

Martın 20-də Rusiya dronlarla Odessaya hücum edən zaman Petr Pavel şəhərdə idi.

Çexiya Prezidenti Odessada vitse-baş nazir, regional inkişaf və yenidənqurma naziri Aleksei Kuleba, Odessa vilayətinin rəhbərliyi, eləcə də Mikolayev və Xersonun nümayəndələri ilə görüşüb.

Çexiya Prezidentinin Ofisindən görüşdə regiona dəstək məsələsinin müzakirə edildiyini bildirirlər.

“Çexiya Respublikası yardım olaraq döyüş maşınları, pilotsuz uçuş aparatları, müdafiə jiletləri, siqnal boğucu, eləcə də ağciyərlərin süni ventilyasiyası üçün cihaz və tibbi çarpayılar kimi tibbi avadanlıqlar verib” – məlumatda deyilir.

Oxşar