Çexiya Prezidenti baş nazir Andrei Babişin hökumətini təyin edib
Çexiya Prezidenti baş nazir Andrei Babişin hökumətini təyin edib

 

Çexiya Prezidenti Petr Pavel baş nazir Andrei Babişin hökumətini təyin edib.

Dörd il müxalifətdə olduqdan sonra Andrei Babiş oktyabrda keçirilən parlament seçkiləri nəticəsində hakimiyyətə qayıdıb. Babişin partiyası olan ANO sağçı avroskeptik “Motoristlər” və ifrat sağçı, Avropa İttifaqı və NATO-ya qarşı olan SPD ilə koalisiya yaradıb.

Milyarder Babişin partiyası nazirlər kabinetində səkkiz vəzifə tutur, “Motoristlər” dörd, SPD isə üç portfelə malikdir.