Çexiya Parlamentinin üzvü Yeni il gecəsi doğma kəndində at tövləsinin yanında pirotexniki vasitələrdən istifadə etdiyinə görə üzr istəyib
Çexiya Parlamentinin müxalifət partiyasından olan üzvü Qubert Lanq Yeni il gecəsi doğma kəndində at tövləsinin yanında pirotexniki vasitələrdən istifadə etdiyinə görə üzr istəyir.
Tövlənin sahibi jurnalistlərə bildirib ki, deputat tərəfindən atılmış pirotexniki vasitənin səbəb olduğu səs-küy heyvanları qorxudub.
Bir gün sonra çexiyalı deputat üzr istəyib.
“Kəndimizdə atəşfəşanlığın qadağan edilməməsinə baxmayaraq, mən başa düşməliydim ki, iki ev aralıda tövlə var və atlar qorxacaqdılar” – Lanq sosial şəbəkələrdə yazır.