Çexiya Parlamentinin spikerinin bəyanatı ilə əlaqədar Andrei Sibiqa çexiyalı həmkarı ilə danışıb
Çexiya Parlamentinin spikerinin bəyanatı ilə əlaqədar Ukraynanın xarici işlər naziri çexiyalı həmkarı ilə danışıb – bu haqda Andrei Sibiqa sosial şəbəkədə yazır.
Sibiqa, söhbətin məzmunlu və konstruktiv olduğunu deyib.
“Hər şeydən əvvəl, ikitərəfli münasibətləri müzakirə etdik. Son vaxtlardakı ittihamlardan sonra yeni səhifədən başlamaq və qarşılıqlı hörmət və strateji tərəfdaşlıq əsasında Xarici İşlər Nazirlikləri səviyyəsində siyasi dialoqumuzu gücləndirmək barədə razılığa gəldik” – Sibiqa qeyd edib.
Həmçinin, Sibiqa Petr Matsinka ilə söhbəti zamanı Ukraynanın Çexiya ilə müdafiə sektorunda əməkdaşlığı davam etdirməkdə, eləcə də Çexiyanın Ukraynanın yenidən qurulmasında iştirakında maraqlı olduğunu bildirib.
Sibiqanın izahatına əsasən, nazirlər döyüş meydanındakı vəziyyəti və Rusiyanın enerji sisteminə hücumlarını müzakirə ediblər. Bundan başqa, ən son sülh səyi haqda danışıblar və Rusiyanı təcavüzünü mümkün qədər tez dayandırmağa məcbur etməkdən başqa alternativ olmadığı barədə razılığa gəliblər.
“Petr Matsinkanı Ukraynaya dəvət etdim və o, yaxın gələcəkdə səfərini təsdiqlədi. Çexiyalı həmkarımın Kiyevə səfərini səbirsizliklə gözləyirəm” – Ukraynanın xarici işlər naziri yazır.
Xatırladaq ki, Çexiya Parlamentinin spikeri Tomio Okamura bildirib ki, “ölkə Zelenskinin xuntasındakı oğrulara pul verməyi dayandırmalıdır”.