Cei Di Vens, Rusiya və Ukrayna arasında razılaşmaya nail olmaq üçün ərazi güzəştlərinin lazım olduğunu bildirir

14:18, 23.04.2025

 

ABŞ-nin vitse-prezidenti Cei Di Vens, Rusiya və Ukrayna arasında razılaşmaya nail olmaq üçün ərazi güzəştlərinin lazım olduğunu bildirir. “Bloomberg”in məlumatına əsasən, Cei Di Vens bu barədə Hindistana səfəri zamanı jurnalistlərlə danışarkən deyib.

Vens bildirib ki, ABŞ Ukraynada müharibəni dayandırmaq üçün “olduqca aydın təkliflərlə çıxış edib və indi Rusiya və Ukraynanın ya “bəli” deməsinin, ya da ABŞ-nin bu prosesdən çıxmasının vaxtı çatıb”.

“Nəhayət, münaqişədə yeni xəttlər mövcud cəbhə xəttlərində və ya onlara yaxın bir yerdə çəkiləcək” – Cei Di Vens bildirib.

Onun sözlərinə əsasən, bu o deməkdir ki, “həm Ukrayna, həm də Rusiya hazırda onların nəzarətində olan ərazilərin bir hissəsini güzəştə gedəsi olacaqlar”.

“Ərazinin bir hissəsinin mübadiləsi zəruri olacaq” – Cei Di Vens bildirib.

Vensin qeyd etdiyi kimi, “qətlləri dayandırmaq üçün hər iki tərəf silahlarını yerə qoymalı, hər şeyi dondurmalı və daha yaxşı Rusiya və daha yaxşı Ukrayna qurmağa davam etməlidir”.

Məlumat üçün bildirək ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, Ukrayna ilə Rusiya arasında razılaşma yaxın vaxtlarda əldə olunmasa, o zaman ABŞ danışıqlar prosesini tərk etməyə hazırdır.

Oxşar