Cei Di Vens Macarıstana yollanıb - "Yaxşı dostum Viktor Orbanla görüşü səbirsizliklə gözləyirəm"
Cei Di Vens Macarıstana yollanıb - "Yaxşı dostum Viktor Orbanla görüşü səbirsizliklə gözləyirəm"

 

ABŞ-nin vitse-prezidenti Cei Di Vens Macarıstana yollanıb.

“Bu səyahəti səbirsizliklə gözləyirik. Yaxşı dostum Viktor Orbanla görüşü səbirsizliklə gözləyirəm. ABŞ-Macarıstan münasibətləri ilə bağlı bir çox məsələ haqda danışacağıq. O cümlədən Avropa, Ukrayna və bütün digər məsələlər haqda” – Vens Budapeştə yola düşməzdən əvvəl jurnalistlərlə söhbətində deyib.

Ağ Evin məlumatına əsasən, Vens baş nazir Viktor Orbanla ikitərəfli görüşlər keçirəcək və Budapeştdə çıxış da edəcək. Vensin Macarıstana səfəri 12 aprel parlament seçkilərindən bir neçə gün əvvəl baş tutub.