Cei Di Vens cari ayın sonunda İtaliyaya səfər etməyi planlaşdırır
ABŞ-nin vitse-prezidenti Cei Di Vens cari ayın sonunda İtaliyaya səfər etməyi planlaşdırır – bu haqda “Reuters” yayır.
Agentliyin anonim mənbəyə istinadən yazdığı kimi, Vens aprelin 18-20-də Romaya gələcək, lakin səfərin detalları üzərində hələ də iş aparılır.
Mənbənin dediyi kimi, ABŞ-nin vitse-prezidenti İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşməyi planlaşdırır.