Cei Di Vens – İranla razılaşmanı elektron qaydada imzaladıq, əgər real addımlar atdıqlarını görsək, bu, sanksiyaların yumşaldılması ilə nəticələnəcək
Razılaşmanı dünən elektron qaydada imzaladıq, heç bir vəsait sərbəst buraxılmayıb və bu dəyişməyəcək, bu, nəticələrə əsaslanan prosesdir. Əgər iranlıların real addımlar atdıqlarını, məsələn, zənginləşdirilmiş material ehtiyatlarını ləğv etməyə başladıqlarını görsək, o zaman bəli, bu, sanksiyaların yumşaldılması ilə nəticələnəcək – bu haqda ABŞ-nin vitse-prezidenti Cei Di Vens bildirib.
O, sonrakı addımın sanksiyaların yumşaldılması da ola biləcəyini deyib.
“Əgər İranın, onların nüvə silahı yaratmaq niyyətində olmadıqlarını təsdiqləmək üçün ehtiyac duyduğumuz yoxlama və nəzarət rejiminə razı olduğunu görsək, o zaman bu, sanksiyaların yumşaldılması ilə də nəticələnəcək. Əslində bu, İranın doğru addımlar atacağı təqdirdə dünya iqtisadiyyatına geri qayıda bilməsi üçün yoldur” – Vens bildirib.