Cei Di Vens bildirir ki, ABŞ Ukraynanın uzaqmənzilli "Tomahawk" raketlərinin tədarükü ilə bağlı xahişini nəzərdən keçirir
ABŞ-nin vitse-prezidenti Cei Di Vens bildirir ki, ABŞ Ukraynanın uzaqmənzilli “Tomahawk” raketlərinin tədarükü ilə bağlı xahişini nəzərdən keçirir. Cei Di Vens bu barədə “Fox News”a danışıb.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ‑a xahişlə müraciət edib ki, “Tomahawk” raketlərini Avropa ölkələrinə satsın ki, onlar həmin raketləri Ukraynaya göndərsinlər.
Vensin qeyd etdiyi kimi, Donald Tramp bununla bağlı son qərarı verəcək.
“Biz avropalıların bir neçə xahişini şübhəsiz nəzərdən keçirəcəyik” – Vens qeyd edib.
“Tomahawk” raketlərinin fəaliyyət radiusu 2500 kilometrdir. Kiyev bu raketləri alarsa, Moskva Ukrayna silahlarının əlçatan məsafəsində olacaq. ABŞ-nin xüsusi nümayəndəsi Kit Keloqinin “Fox News”a dediyi kimi, Donald Tramp işarə edib ki, Kiyev Rusiyanın daxilində uzaqmənzilli silahlarla zərbələr endirə bilməlidir.