Cei Di Vens Azərbaycana gedib
Cei Di Vens Azərbaycana gedib

 

ABŞ-nin vitse-prezidenti Cei Di Vens Azərbaycana gedib.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ABŞ-nin vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycanın vitse-baş naziri Samir Şərifov və digər rəsmi şəxslər Cei Di Vensi qarşılayıblar.

Hava limanında qarşılanma mərasimindən sonra Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Cei Di Vens arasında məhdud tərkibdə görüş başlayıb.