Cei Di Vens - Avropada enerji baxımından zəif siyasəti özləri yaradan insanların bu və ya digər lideri Rusiyapərəst olmaqda ittiham etməsi çox ironikdir
Prezidentimin Rusiyapərəst olmaqda günahlandırılması gülməlidir, prezidentim Avropaya enerji və mayeləşdirilmiş təbii qaz tədarükü ilə dünyada hər kəsdən daha çox kömək edib – bu haqda ABŞ-nin vitse-prezidenti Cei Di Vens Budapeştdə mətbuat konfransında bildirib.
Vensin qeyd etdiyi kimi, Avropada enerji baxımından zəif siyasəti özləri yaradan insanların bu və ya digər lideri Rusiyapərəst olmaqda ittiham etməsi ironikdir.
“Məsələn, insanların prezidentimi Rusiyapərəst olmaqda günahlandırması gülməlidir. Prezidentim Avropaya enerji və mayeləşdirilmiş təbii qaz tədarükü ilə dünyada hər kəsdən daha çox kömək edib. Bu, Rusiyanı zəiflədir, çünki biz müttəfiqlərimizin və dostlarımızı ağıllı enerji siyasətinin olmasını istəyirik ki, istifadəçiləri daha az pul ödəsinlər. Həmçinin, tanrı eləməsin, əgər münaqişə olarsa, onlar enerji üçün başqa bir ölkəyə deyil, bizə etibar edə bilsinlər. Buna görə də mənim üçün çox ironikdir ki, çox vaxt bu və ya digər lideri Rusiyapərəstlikdə günahlandıran insanlar Avropada enerji baxımından zəif iqtisadiyyatı yaradan insanlardır” – ABŞ-nin vitse-prezidenti qeyd edib.