CBS News – Küveytdə İranın hücumu nəticəsində sağ qalanlar Pentagon-un məlumatını təkzib edir, dronun möhkəmləndirilmiş mövqeyə daxil olduğu iddiasını rədd edir və bölmənin “hazırlıqsız” olduğunu bildirirlər
CBS News-un məlumatına görə, Küveytdə İranın hücumu nəticəsində sağ qalanlar Pentagon-un açıqlamasını təkzib edərək bildiriblər ki, bölmə “müdafiə üçün hazırlıqsız” olub.
Hadisə müharibənin başlanğıcında – 1 mart tarixində baş verib. Küveytdə yerləşən kiçik bazaya İranın hücumu nəticəsində ABŞ ordusunun 6 hərbçisi həlak olub, 20-dən çoxu isə yaralanıb. Hərbçilər ABŞ-ın müdafiə naziri Pete Hegseth-in dronun möhkəmləndirilmiş mövqeyə daxil olması barədə bəyanatını da təkzib ediblər. Yaralı hərbçilərdən biri bildirib ki, mövqe möhkəmləndirilməmişdi və bölmənin adekvat müdafiəsi yox idi.
“CBS News”-un məlumatına görə, hücumdan bir neçə saat əvvəl həyəcan siqnalı verildikdən sonra təxminən 60 hərbçidən ibarət qrup beton bunkerdə sığınacaq tapıb. Daha sonra, saat 09:15 radələrində təhlükənin keçdiyini bildirən siqnal verilib.
“Zabitlər dəbilqələrini çıxarıb taxta və metal konstruksiyadan ibarət iş sahələrinə qayıtdılar. Onlar Yaxın Şərqdə texnika, sursat və şəxsi heyətin hərəkətini idarə etməyə davam edirdilər. Təxminən 30 dəqiqə sonra hər şey sarsıldı,” – deyə hərbçilərdən biri bildirib.
Digər bir hərbçi isə vəziyyəti belə təsvir edib: “Bu, filmlərdə gördüyünüz kimidir. Qulaqlarında uğultu olur, hər şey bulanıq görünür, başın gicəllənir, ətraf toz və tüstü ilə dolu olur.”