“CBS News” – Donald Tramp Si Dzinpini andiçmə mərasimində iştiraka dəvət edib
ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Çinin Prezidenti Si Dzinpini andiçmə mərasimində iştiraka dəvət edib. Bu haqda “CBS News” yazır.
Media bir neçə mənbəyə istinadən xəbər verir ki, noyabrın əvvəlində Donald Tramp Çinin Prezidentini yanvarın 20-də Vaşinqtonda keçirilməsi planlaşdırılan andiçmə mərasiminə dəvət edib, hərçənd Çinin təklifi qəbul edib-etmədiyi bilinmir.
Bundan əvvəl, ABŞ-ın seçilmiş prezidenti “NBC News”a müsahibəsində bu həftə Çinin Prezidenti ilə danışdığını qeyd edib.