“CBS” – İraq və Səudiyyə Ərəbistanında son iki gün ərzində ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin obyektlərinə dronlarla hücum edilib

12:11, 04.03.2026

İraq və Səudiyyə Ərəbistanında son iki gün ərzində ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin obyektlərinə dronlarla hücum edilib. Bu barədə məlumatı “CBS” yayıb, istinad edilən mənbələr isə kəşfiyyat sahəsindən götürülüb.

İraqdakı obyektə iki dron dəymişdir. Həmin vaxt amerikalılar orada olmayıb.

Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanındakı agentlik obyektində itki qeydə alınmayıb.

“CBS” yazır ki, ABŞ Mərkəzi Kəşfiyyat Agentliyi və Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyi şərh vermirlər.

Oxşar