Cavcavadze prospekti ilə Ku gölünü birləşdirən kanat yolu müvəqqəti olaraq sərnişinlərə xidməti dayandırır

10:21, 23.12.2025

 

Cavcavadze prospekti ilə Ku gölünü birləşdirən kanat yolu bu gündən etibarən sərnişinlərə müvəqqəti olaraq xidmət göstərə bilməyəcək. Məlumatı Tbilisi Meriyası yayır.

“Kanat yolunda reqlamentlə nəzərdə tutulmuş planlı texniki işlər görüləcək, işlər başa çatdıqdan sonra da sərnişinlərə xidməti bərpa edəcək.

Tbilisinin Nəqliyyat Şirkəti yaranan narahatlığa görə üzr istəyir!” – məlumatda qeyd olunub.

Oxşar