Castin Trudo – Tramp hesab edir ki, resurslarımızdan istifadə etməyin ən asan yollarından biri ölkəmizi mənimsəməkdir və bu doğrudur
Kanadanın baş naziri Castin Trudo ABŞ prezidenti Donald Trampın Kanadanı ABŞ-ın 51-ci ştatı edəcəyi ilə bağlı açıqlamasını ciddi qəbul etdiyini bildirib.
Kanada mətbuatının yazdığına görə, Trudo bu barədə biznes liderləri və siyasətçilərlə Kanadanın Trampın tarif təhdidləri qarşısında ABŞ-la ticarətini necə diversifikasiya edə biləcəyini müzakirə etmək üçün keçirdiyi görüş zamanı verib.
Kanadanın baş nazirinin sözlərinə görə, Trampın açıqlamaları Kanadanın sahib olduğu qiymətli minerallarla bağlıdır.
“Onlar bizim resurslarımızı, əlimizdə olanları çox yaxşı bilirlər və bütün bunlardan istifadə etmək istəyirlər. Tramp nəzərdə tutur ki, bunun ən asan yollarından biri ölkəmizi mənimsəməkdir və bu, realdır”. – Trudo qeyd edib.
Kanada mobil telefonlar, elektrik avtomobil akkumulyatorları və s. kimi müasir texnologiyalar üçün vacib olan minerallarla tanınır.