Castin Trüdo – Kanada hər zaman Ukraynanın yanında olacaq

13:59, 20.02.2025

 
Kanada hər zaman Ukraynanın yanında olacaq – bu haqda Kanadanın Baş naziri Castin Trüdo bildirib.

“Kanada və müttəfiqlərimiz birmənalı olaraq Vladimer Putinin beynəlxalq asayişi qanunsuz, mənəviyyatsız və ədalətsiz şəkildə pozmasına qarşıdırlar. Mən bir neçə saatdan sonra avropalı tərəfdaşlarımla əyləşərək Ukraynanın müdafiəsində, eləcə də hamımızın təhlükəsizliyini təmin edən qaydaların müdafiəsində necə dayanacağımız barədə danışmağı səbirsizliklə gözləyirəm” – Trüdo bildirib.

O bildirib ki, ukraynalılar təkcə öz suverenliklərini və ərazi bütövlüyünü qorumaq üçün mübarizə aparır və ölmürlər, həm də “onlar bütün dünyada bizim hamımızın təhlükəsizliyini təmin edən və 80 ilə yaxındır ki, mövcud olan əsas qaydaları qorumaq üçün mübarizə aparırlar” – baş nazir qeyd edir.

Oxşar