Çariça Ketevan prospektində, eləcə də Kostava küçəsindən "Laguna Vere" istiqamətində hərəkət müvəqqət məhdudlaşdırılacaq
Yeni il işıqlarının sökülməsi ilə əlaqədar Çariça Ketevan prospektində yanvarın 24-ü saat 00:30-dan saat 06:00-dək avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Xüsusilə, nəqliyyatın hərəkəti Avlabari meydanından Lex Kaçinski küçəsinin kəsişməsinə qədər olan yol hissəsində məhdudlaşdırılacaq.
Nəqliyyat vasitələri İrbaxi, Tsurtsumia, Zurabaşvili və Kaçinski küçələri ilə hərəkət edə biləcəklər. Kaçinski küçəsindən Bocormi küçəsinə, eləcə də Çariça Ketevan prospektinə (sola dönməklə) hərəkət mümkün olacaq. Bundan başqa, sürücülər Telavi küçəsindən Bocormi küçəsinə, eləcə də İalbuzi küçəsindən Kür çayının sol sahili istiqamətində hərəkət edəcəklər.
Həmçinin, çöl işıqlandırma dirəklərinin sökülməsi ilə əlaqədar yanvarın 24-də saat 01:00-dan 06:00-a qədər Kostava küçəsindən “Laguna Vere” istiqamətində olan hissədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Qəhrəmanlar Meydanında davam edən infrastruktur layihəsi çərçivəsində sözügedən hissədə xarici işıqlandırma şəbəkəsi quraşdırılacaq. Müvafiq işləri Tbilisi Meriyasının göstərişi ilə MMC “Tbilservice Group” həyata keçirəcək.
Məlumatı Tbilisi Meriyasının mətbuat xidməti yayır.