Cared Kuşner – Ukrayna Prezidentinin və onun komandasının konstruktiv əməkdaşlığını təqdir edirik, sülhə nail olmaq üçün bütün tərəflərlə aktiv işləyirik
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Vaşinqtonun Ukraynada müharibənin bitməsi və uzunmüddətli sülhə nail olunması üçün bütün tərəflərlə iş apardığını bildirib.
O, Ukrayna Prezidenti Volodimir Zelenski və onun komandasının danışıqlar prosesində konstruktiv şəkildə əməkdaşlıq etdiklərini deyib.
“Dayanıqlı sülhə nail olmaq yolunu tapmaq üçün bütün tərəflərlə birlikdə yorulmadan çalışırıq. Diqqətimiz yalnız bu dəhşətli müharibəni bitirməyə yönəlməyib. Biz həmçinin hərbi əməliyyatlar dayandıqdan sonra müharibənin bir daha heç vaxt təkrarlanmaması üçün vacib olan daha geniş təhlükəsizlik arxitekturasının yaradılması üzərində işləyirik” – Kuşner yazır.
Bundan əvvəl Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkof və Cared Kuşner ilə telefon danışığı apardığını bildirmişdi. Stiv Uitkof isə bəyan edib ki, ABŞ, Ukrayna və Rusiya nümayəndələrinin üçtərəfli danışıqları noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçiriləcək. Görüşdə tərəflər sülh prosesinin sonrakı addımlarını müzakirə edəcəklər.