ABŞ Prezidentinin müşaviri Cared Kuşner İsraildədir. Kuşner Yerusəlimdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.
Medianın məlumatına əsasən, liderlər görüş zamanı Qəzzada atəşkəs razılaşmasının həyata keçirilməsi və qalan girovların qaytarılması səyləri haqda danışıblar.
Bununla yanaşı, medianın xəbər verdiyi kimi, Donald Trampın daha bir müşaviri Stiv Uitkofun İsrailə gedəcəyi və danışıqlara qoşulacağı gözlənilir.
Məlumat üçün bildirək ki, İsrailin Baş naziri Benyamin Netanyahu regionda inkişaf edən hadisələri və atəşkəs razılaşmasını müzakirə etmək üçün Stiv Uitkof və Cared Kuşnerlə ötən ay görüşüb.