Çağırışçılar Axalkalakidə and içiblər
Çağırışçılar Axalkalakidə and içiblər

 
Baş çavuş Zaza Peradze adına ilkin döyüş hazırlığı mərkəzinin yaradılması günü ilə əlaqədar Axalkalakidə çağırışçıların 1-ci və 4-cü təlim yüzlüyünün hərbi qulluqçuları and içiblər.

Əsgərlər Müdafiə Qüvvələrinin çağırışçıların milli, eləcə də peşəkar müqavilə əsasında hərbi xidmətə qoşulacaqlar.

Gürcüstanın Müdafiə Qüvvələrinin komandanının müavini, general-mayor Zaza Çxaidze tədbir iştirakçıları qarşısında çıxış edib, çağırışçılar üçün and içməyin əhəmiyyətindən danışıb və mərkəzin şəxsi heyətini yubiley münasibətilə təbrik edib.

Təntənəli tədbirdə döyüş hazırlığında əldə edilmiş nailiyyət, yüksək döyüş hazırlığının qorunub saxlanmasına, eləcə də uğurlu hərbi əməliyyatların və irimiqyaslı təlimlərin planlaşdırılması və idarəedilməsində göstərdikləri peşəkarlığa görə hərbi qulluqçular xidməti silahla, idarə medalları – “Qiorqi Andzuxelidze”, “Qüsursuz xidmətə görə” və fəxri fərmanlarla təltif ediliblər. Tədbirdə hərbi qulluqçuların ailə üzvləri iştirak ediblər.

Məlumatı Gürcüstanın Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.