Cabua Amirecibi şossesində planlaşdırılan işlərə görə hərəkət qismən məhdudlaşdırılacaq
Cabua Amirecibi şossesində planlaşdırılan işlərə görə hərəkət qismən məhdudlaşdırılacaq

 

Cabua Amirecibi şossesində planlaşdırılan işlərə görə hərəkət qismən məhdudlaşdırılacaq – bu barədə Tbilisi Meriyası tərəfindən yayılmış məlumatda deyilir.

“Cabua Amirecibi şossesində yol örtüyünün səhmana salınması davam edir. Planlaşdırılan işlərə görə avqustun 21-i saat 08:00-dan avqustun 22-si saat 08:00-dək Cabua Amirecibi şossesində Qəhrəmanlar Meydanı istiqamətində, “Gürcüstan Reqbi İttifaqı”na yaxın ərazidə, nəqliyyatın hərəkəti yolun hərəkət hissəsinin yalnız bir zolağında məhdudlaşdırılacaq” – Tbilisi Meriyasında bildirirlər.

Tbilisi Meriyası yaranmış narahatlığa görə vətəndaşlardan üzr istəyir.