Cabua Amirecibi magistralında qayalı yamacda cari işlərə görə, noyabrın 19-da gecə saatlarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Cabua Amirecibi magistralında qayalı yamacda cari işlərə görə, noyabrın 19-da gecə saatlarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

 

Cabua Amirecibi magistralında qayalı yamacda təmizləmə işləri davam edir, bu səbəbdən noyabrın 19-da saat 00:00-dan 06:00-dək avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılacaq.

Bu haqda məlumatı Tbilisinin Meriyası yayır.

Onların məlumatına əsasən, Cabua Amirecibi və Kakutsa Çoloğaşvili magistrallarının kəsişməsi yaxınlığındakı mövcud tuneldən Mixeil Tamaraşvili prospektinə qədər olan yol hissəsində hərəkət məhdudlaşdırılacaq.

“Qeyd olunan zaman kəsiyində avtomobillər Kakuça Çoloğaşvili magistralı, Sulxan Tsintsadze küçəsi və Mixeil Tamaraşvili prospektindən istifadə etməklə hərəkət edə biləcəklər” – məlumatda qeyd olunub.