Caba Samuşia - Baş nazirlə təhsil islahatı konsepsiyasının müzakirəsi zamanı ali təhsil müəssisələrində mövcud problemlərdən bəhs edildi, genişmiqyaslı sənəd üzərində işə başlanılacağı barədə razılığa gəldik
Gürcüstanın Baş naziri ilə təhsil islahatı konsepsiyasının müzakirəsi zamanı ali təhsil müəssisələrində mövcud problemlərdən bəhs edildi – bu haqda İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru Caba Samuşia baş nazir İrakli Kobaxidze ilə görüşdən sonra deyib.
Caba Samuşianın qiymətləndirməsinə əsasən, baş nazirin təhsil islahatı konsepsiyasını təqdim etdiyi çox maraqlı görüş baş tutub.
“Çox maraqlı görüş idi. Bu gün Gürcüstanda ali təhsil müəssisələrində mövcud problemlərdən bəhs edildi. Həmçinin, rektorlar bu islahat çərçivəsində həyata keçiriləsi məsələlərdən danışdılar. Biz oxşar görüşlərin gələcəkdə də davam edəcəyi, nazirlik səviyyəsində işçi qrup yaradılacağı və həmçinin, kifayət qədər genişmiqyaslı sənəd üzərində işə başlanılacağı barədə razılığa gəldik” – Caba Samuşia bildirib.