"Bzikebi" bu gün "Eurovision 2026"nın böyük səhnəsində çıxış edəcək
Bu gün, saat 23:00-da “Eurovision 2026″nın birinci yarımfinalı keçiriləcək.
15 ölkənin nümayəndələri tamaşaçı qarşısında çıxış edəcək: Gürcüstan, Finlandiya, Xorvatiya, Yunanıstan, Portuqaliya, Moldova, İsveç, Belçika, Estoniya, İsrail, Litva, Monteneqro, San Marino və Serbiya. Onlardan yalnız on ölkə final şousuna yüksələcək. Həmçinin, “Böyük Dördlük”dən iki ölkə: Almaniya və İtaliya səhnədə çıxış edəcək.
Xatırladaq ki, Gürcüstanı təmsil edən “Bzikebi” qrupu mayın 12-də “Eurovision 2026”nın birinci yarımfinal şousunda 6 nömrə altında çıxış edəcək.
Builki 70-ci “Eurovision” Avstriyanın paytaxtı Vyanada keçirilir. Birbaşa translasiyanı ənənəvi olaraq Birinci Kanal sizə təqdim edəcək.
Müsabiqənin qaydalarından irəli gələrək, öz ölkənizə səs verə bilməzsiniz.
2026-cı ilin müsabiqəsi 12, 14 və 16 may tarixlərində keçiriləcək. Bu il “Eurovision”da 35 ölkə iştirak edəcək.