BVF - Qafqaz və Mərkəzi Asiyada problemli və ümidsiz borcların ən aşağı göstəricisi Gürcüstandadır
BVF - Qafqaz və Mərkəzi Asiyada problemli və ümidsiz borcların ən aşağı göstəricisi Gürcüstandadır

Beynəlxalq Valyuta Fondunun (BVF) göstəricilərinə görə, Qafqaz və Mərkəzi Asiyada problemli və ümidsiz borcların ən aşağı göstəricisi Gürcüstandadır.

Təşkilat tərəfindən bu gün dərc olunan hesabata əsasən, problemli borcun payı Gürcüstanda təxminən 12 faizi, ümidsiz (non-performing loans) borcların isə, təxminən 2.5 faizi təşkil edir. Hər iki göstərici 2018-ci ildə dərc olunan göstəricilərlə müqayisədə yaxşılaşdırılıbdır.