Buz və qar uçqunu təhlükəsinə görə, DİN vətəndaşları polisin göstərişlərinə tabe olmağa və yol qaydalarını müdafiə etməyə çağırır
Qar, buz və qar uçqunu təhlükəsinə görə, bəzi bölgədə yollarda məhdudiyyətlər tədbiq olundu. Məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayır.
“Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamenti bildirir ki, vətəndaşların təhlükəsiz hərəkəti, qar, buz və qar uçqunu təhlükəsinə görə, bəzi bölgədə yollarda məhdudiyyətlər tədbiq olundu. Vətəndaşları polisin göstərişlərinə tabe olmağa və yol qaydalarını müdafiə etməyə çağırırıq”, – DİN-də bəyan edirlər.
Bununla yanaşı, idarənin məlumatına görə, Qudauri-Kobi hissəsində və Vaziani-Qombori-Telavi yolunda bütün növ avtonəqliyyat vasitəsi hərəkət qadağandır; Tbilisinin dolama yolu isə, yalnız yük maşınları üçün qadağandır.
Əlverişsiz havalara, qar və buza görə, mərkəzi avtomaqistralda, İqoeti hissəsində, üç müxtəlif nöqtədə yol qəzası baş verdi. Bir-biri ilə cəmi 20 maşın toqquşdu.