Bütün iqtidar idarələri fövqəladə iş rejiminə keçir
Bütün iqtidar idarələri fövqəladə iş rejiminə keçir

“Dünyada mövcud olan təssüf verici statistikadan irəli gələrk, deyə bilərik ki, biz digər ölkələrlə müqayisədə, koronavirusla daha müvəffəqiyyətli mübarizə aparırıq, ancaq bu bizə arxayın olmaq üçün əsas vermir”, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria bu günki hökümət iclasında verdi.

Giorgi Qaxaria qeyd etdi ki, problemlər gün keçdikcə artır.

“Yaranan problemlərə müvafiq reaksiya vermək üçün hərzaman hazır olmalıyıq. İlk növbədə yaşlılara və uşaqlara qayğı göstərməliyik.

Bütün iqtidar orqanları 24 saatlıq fövqəladə iş rejiminə keçir. Xüsusi ilə də Səhiyyə, Təhsil, Ədliyyə, Xarici İşlər və Maliyyə nazirlikləri və həmçinin sərhəddə işləyən idarələr” – dedi Giorgi Qaxaria.