Büro iclasında əmlak vergisi üzrə 40 min lari həddinin ləğvini nəzərdə tutan qanun layihəsi qeydə alınıb. Vergini yalnız illik gəliri 100 min lari və daha çox olan şəxslər ödəyəcəklər.

15:44, 28.09.2026

Əmlak vergisi ilə bağlı fiziki şəxslər üçün mövcud 40 min lari həddinin ləğvini nəzərdə tutan qanunvericilik dəyişikliyi bu gün parlamentin Bürosuna təqdim edilib.

Dəyişikliyə əsasən, gəliri 40 min lari və daha çox olan vətəndaşlar üçün daşınar və daşınmaz əmlaka tətbiq edilən illik vergi ləğv olunacaq.

Əmlak vergisini yalnız illik gəliri 100 min lari və daha çox olan fiziki şəxslər ödəyəcəklər.

Parlament qanun layihəsini sürətləndirilmiş qaydada nəzərdən keçirəcək.

“ söhbət əmlak vergisi üzrə 40 min lari həddinin ləğvindən və yalnız 100 min lari həddinin saxlanılmasından gedir. Qanun layihəsinin sürətləndirilmiş qaydada müzakirəsi tələb olunub. Hətta bir gün ərzində hər iki oxunuşda da müzakirə edə bilərik”, – parlamentin sədri Şalva Papuaşvili Büro iclasında bildirib.

Dəyişiklik nəticəsində 81 min şəxs əmlak vergisindən azad ediləcək. Dəyişiklik oktyabr ayından qüvvəyə minəcək və cari ildə təqdim ediləcək əmlak bəyannamələrinə də şamil olunacaq.

Oxşar