Bundestaq əcnəbilərin Almaniya vətəndaşlığını sürətləndirilmiş qaydada ala bildiyi mexanizmi ləğv edib
Bundestaq əcnəbilərin Almaniya vətəndaşlığını sürətləndirilmiş qaydada ala bildiyi mexanizmi ləğv edib

 

Bundestaq əcnəbilərin Almaniya vətəndaşlığını sürətləndirilmiş qaydada ala bildiyi mexanizmi ləğv edib.

Konkret olaraq, alman mediasının məlumatına əsasən, Bundestaq bir il əvvəl təsdiq etdiyi dəyişikliklərin ləğvini dəstəkləyib. Müvafiq olaraq, Almaniya pasportunu almaq üçün, əmək bazarında xüsusilə yüksək tələbat olan peşəkarlar ölkədə üç il yerinə, ən azı beş il ərzində qalmaq məcburiyyətində olacaqlar.

450 deputat Almaniya vətəndaşlığının sürətləndirilmiş qaydada verilməsi mexanizminin, dırnaqarası turbo naturalizasiyanın ləğvini dəstəkləyib. Almaniya hökumətində bəyan ediblər ki, “Alman pasportu qeyri-qanuni miqrasiya üçün stimul kimi deyil, uğurlu inteqrasiyanın tanınması kimi əlçatan olmalıdır”. Alman mediasının yazdığı kimi, Almaniya vətəndaşlığını sürətləndirilmiş qaydada almaq mexanizmindən cəmi bir neçə yüz əcnəbi faydalanıb.