Bülletenlərin 82,19 faizi hesablandıqdan sonra Rusiyada parlament seçkilərində „Yedinaya Rossiya“ partiyası 57,76 faiz səslə liderlik edir

11:19, 21.09.2026

Seçki bülletenlərinin 82,19 faizi hesablandıqdan sonra Rusiyada keçirilən parlament seçkilərində „Yedinaya Rossiya“ partiyası 57,76 faiz səslə liderlik edir.

Kommunist Partiyası 13,89 faiz səslə ikinci yerdədir. Rusiya Liberal Demokrat Partiyası 8,77 faiz, „Yeni Xalq“ partiyası isə 7,97 faiz səs toplayıb.

„Ədalətli Rusiya“ partiyası 4,99 faiz səslə beşinci yerdə qərarlaşıb. Bu nəticə parlamentə keçid üçün tələb olunan 5 faizlik baryerdən cüzi aşağıdır.

Xatırladaq ki, Rusiyada parlament seçkiləri sentyabrın 18-dən 20-dək keçirilib. Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici fəallığı 56 faizdən çox olub.

Parlament seçkilərində ümumilikdə 10 partiya iştirak edib. Rusiya parlamentində 450 deputat yeri var. Deputatların yarısı proporsional sistem üzrə, digər yarısı isə birmandatlı seçki dairələrindən seçilir.

Parlamentə düşmək üçün partiyaların 5 faizlik seçki baryerini keçməsi tələb olunur.

Oxşar