Buça Sammitində Ukraynada törədilən cinayətlərə görə, Rusiyanın üzərinə məsuliyyət qoyulmasını nəzərdə tutan bəyannamə qəbul etdilər
Ukraynanın Buça şəhərinin işğalçılardan azad edilməsinin ildönümü ilə əlaqədar sammit keçirildi, onun da çərçivəsində Buça bəyannaməsi qəbul edildi.
Bəyannamə Rusiyanın Ukraynada törətdiyi cinayətlərə görə məsuliyyəti nəzərdə tutur. Bəyannaməni 50-yə yaxın dövlət və beynəlxalq təşkilat imzaladı.
Sammit iştirakçıları Ukrayna ərazisində törədilən ağır cinayətləri, o cümlədən Buça hadisələrini pislədilər, hansı da rus aqressiyasının simvoluna çevrildi. Bəyannamə həmçinin Ukrayna da daxil olmaqla dövlətlərin öz yurisdiksiyaları daxilində cinayətkarları araşdırmaq və mühakimə etmək səylərini dəstəkləyir.
“Ədalət bizim əsas sənədimizin, təklif etdiyimiz sülh formulunun bəndlərindən biridir və ədalət naminə biz qlobal hüquqi əməkdaşlıq şəbəkəsi yaradırıq. Rus işğalçıları tərəfindən məhv edilən hər bir Uukraynalı həyatı üçün məhkəmə tərəfindən qanuni qərar veriləcək”, – Ukrayna prezidenti, Vladimir Zelenski bəyan etdi.