Bugün dünyada Beynəlxalq Qadınlar Günü qeyd olunur.
Bu il ki 8 martın mövzusu –“Vaxt gəldi”: aktivistlər qadınların həyatlarının dəyişdirilməsi üçün – adlı layihədir.
BMT-nin qadın təşkilatlarının səhiflərində verilən məlumata əsasən, bu il beynəlxalq qadınlar günü, qadınların hüquqlarının qorunmasına və bərabərhüquqluğuna həsr olan qlobal hərəkata paralel olaraq, qeyd olunur.
Qadınlara qarşı zorakılıq, diskriminasiya və cinsi məhdudlaşdırma – bu il mətbuatda xüsusi ilə böyük diqqət və müzakirə mövzusu oldu.
“Bütün dünyada insanlar bərabərhüquqlu gələcək üçün mübarizə aparırlar. Belə cəhdlər qlobal hərəkatlar və kampaniya formasını götürdü. Onların arasında ABÇ-daki #MeToo. Həmçinin, seksual təzyiqə və zorakılığa qarşı etiraz birldirmək üçün Meksikada #YoTambien, İspaniyada, Cənubi Afrikada və digər ölkələrdə, İtaliyada #QuellaVoltaChe, Fransada #BalanceTonPorc, Ərəb dövlətlərində Ana_kaman, Argentinada “Ni Una Menos” kimi təşəbbüslər var, hansılar ki, qadınların siyasi fəaliyyətinə və digər məsələlərə aiddirlər.
2018-ci ildə Beynəlxalq Qadınlar Günü imkan verir ki, qadınların qücləndirilməsinə doğru bu impuls bütün mühitdə, kənddə və şəhərdə böyüsün və qadınların potensiallarının artması üçün mübarizə aparan qadınların fəaliyyəti dəyərləndirilsin.
Mövcud olan gender diskriminasiyasına görə, bütün inkişaf parametrləri ilə kənddə yaşayan qadınlar şəhərdə yaşayanlardan dəfələrlə ağır vəziyyətdədirlər. Vəd edilən stabil inkişaf məqsədlərinin real həyata keçirilmə vasitəsi olan –“Kimsə diqqətsiz qalmasın” hərəkatı dərhal hərəkətə keçməyi nəzərdə tutur ki, kəndlərdə yaşayan qadınlar üçün də adekvat standartlar yaradılsın.
Təşkilat hərkəsə müraciət edir ki, bütün dünya hərəkatına və BMT-nin qadın təşkilatlarına qoşulsunlar və ki, martın 8-də bütün dünyada qadınların həyatlarının dəyişdirilməsi qeyd olunsun.
Beynəlxalq qadınlar gününü butün dünyanın bir çox ölkəsində qeyd edirlər.
8 Martı Beynəlxalq Qadınlar Günü olaraq, BMT ilk dəfə 1975-ci ildə tanıdı.