Büdcənin dəyişiklikləri layihəsi ilə, hökumətin borcu ÜDM ilə münasibətdə 55.7 faizə qədər artdı
2020-ci il büdcə dəyişiklikləri layihəsinə əsasən, anti-böhran planı ilə müəyyən olunmuş tədbirlər üçün lazım olan resurs 3,4 milyon larini təşkil edir.
Layihəyə uyğun olaraq, qeyd olunan məbləğ 18 istiqamət üzrə xərclənəcək, o cümlədən: gəlirsiz qalan və sosial müdafiəsiz vətəndaşların yardımı; kommunal xərclərin subsidiyası; biznesə yardım və sair.
2020-ci ilin büdcəsi iqtisadiyyatın 4 faizlik azalması barəsində düzəliş olunacaq. Büdcənin defisiti 2,5 faizdən 8,5 faizədək artır. Müvafiq olaraq hökumətin borcu ümumi daxili məhsul ilə münasibətdə 55.7 faizə qədər artdı. İlin sonuna kimi 1,5 milyard dollarlıq xarici maliyyənin alınması planlaşdırılıb.
Maliyyə naziri, İvane Maçavarianinin bəyan etdiyinə görə, xaricdən alınası 1.5 milyard dollardan bu mərhələdə 850 milyonluq müqavilə artıq imzalanıb.