Büdcə maliyyələşdirilməsinin alınması üçün, doqquz partiya MSK-a müraciət etdi, onlar arasında boykot rejimində olanlar da var
Büdcə maliyyələşdirilməsinin alınması üçün, doqquz partiya MSK-a müraciət etdi, onlar arasında boykot rejimində olanlar da var

Büdcə maliyyələşdirilməsinin alınması məqsədilə, doqquz partiya Mərkəzi Seçki Komissiyasına müraciət etdi, onlar arasında Parlamentə daxil olmaqdan imtina edən və boykot rejimində olan partiyalar da var.

Bu barədə məlumatı Gürcüstanın Birinci Kanalına Mərkəzi Seçki Komissiyasında təsdiq etdilər.

Maliyyələşdirmənin alınması üçün müvafiq ərizə ilə razılıqlarını “Vahid Milli Hərəkat – Güc Birlikdədir” partiyasında birləşmiş partiyalar ifadə etdilər.

Həmçinin maliyyələşdirilmənin alınması üçün Mərkəzi Seçki Komissiyasına razılığını “Giorgi Vaşadze – Strategiya Ağmaşenebeli” blokuna daxil olan partiya da təqdim etdi.

Müvafiq razılıq məktubunu Mərkəzi Seçki Komissiyasına “Avropa Gürcüstanı” partiyası da daxil edib.

Həmçinin, Mərkəzi Seçki Komissiyasına “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası da müraciət edib.

Maliyyələşdirmənin alınması üçün siyasi partiyaların razılıq ərizələrinin daxil edilməsinin son müddəti məhs elə bu gün idi. Lakin buna baxmayaraq, qanuna əsasən, indi Mərkəzi Seçki Komissiyası borcludur ki, razılıqlarını təqdim etməyən siyası partiyalara yazılı şəkildə xəbərdarlıq versin və bundan sonra partiyalara daha üç gün vaxt verilir.

Xatırladaq ki, 2020-ci il Parlament seçkilərinin nəticələrindən irəli gələrək, maliyyələşdirilmənin alınması hüququ 14 partiyanın var. Bu vaxt üçün olan göstəricilərlə, Mərkəzi Seçki Komissiyasına “Vətənpərvərlər Aliyansı”, – “Leyboristlər Partiyası”, “Vətəndaşlar”, ” Qirçi” və “Lelo” müraciət etməyib.