Budapeştdə on minlərlə etirazçı Viktor Orban əleyhinə mitinqə toplaşıb
Budapeştdə on minlərlə insan baş nazir Viktor Orbana qarşı mitinqə toplaşıb.
Etirazda Macarıstanı güclü Avropanın bir hissəsi etmək və Orbanın 15 illik hakimiyyətinə son qoymağı vəd edən müxalifət partiyası Tisza-nın lideri Peter Magyar da iştirak edib.
“Öz millətinə xəyanət edənlər tarixin zibilliyinə düşməlidir”. – Magyar mitinqə toplaşanlara dedi.
Magyar hərəkatı bir il əvvəl təsis edib. Onun partiyası Tisa əksər sorğularda Orbanın partiyasını qabaqlayır.
Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban xaricdən maliyyə alan siyasətçilərə və jurnalistlərə qarşı tədbirləri sərtləşdirəcəyini bildirmişdi.