Budapeştdə, hakim partiyanın ofisi yaxınlığında müəllimlərə dəstək aksiyasında polis və nümayişçilər arasında qarşıdurma baş verdi
Macarıstan paytaxtında, hakim partiyanın ofisi yaxınlığında müəllimlərə dəstək aksiyasında polis və nümayişçilər arasında qarşıdurma baş verdi.
Minlərlə tələbə, müəllim və onların tərəfdarları Budapeştdə müəllimlərin dövlət qulluqçusu statusundan məhrum edilməsini nəzərdə tutan qanun layihəsinə qarşı yürüş keçirdilər.
Qanunvericilik təşəbbüsünün əleyhdarları dəyişikliklərin müəllimlərin iş şəraitini ağırlaşdıracağını bəyan edirlər. Artıq beş minə yaxın müəllim qanunun həyata keçiriləcəyi təqdirdə işlərini tərk edəcəklərini açıqladı.
Hökumətin acıqlaması ilə isə, yeni qanun təhsil keyfiyyətini artıracaq.
Budapeştdə etiraz edən vətəndaşlar həmçinin, mayın əvvəlində müəllimlərə dəstək aksiyasında polisin gözyaşardıcı qazdan istifadə etməsindən və bir neçə etirazçının həbsindən narazılıqlarını bildirdilər.