Buba Kikabidze - "Tbiliso" mahnısının iki sətirini rusca ona görə oxudum ki, duysunlar necə gözəl ölkəyik
Buba Kikabidze - "Tbiliso" mahnısının iki sətirini rusca ona görə oxudum ki, duysunlar necə gözəl ölkəyik

“Vahid Milli Hərəkatın” birinci nömrəsi, Buba Kikabidze “Tbiliso” mahnısınının bir hissəsini rusca ifa etdiyini açıqladı.

Kikabidzenin qeyd etdiyinə görə, rusca ona görə oxudu ki, ruslar duysunlar Gürcüstan necə gözəl ölkədir.

“Bu qədər xalqın olduğu tribunada həyatımda ilk dəfə dururam. Zənglər gəldi ki, “Tbiliso” mahnısının iki sətirini rusca nəyə görə oxudum, dedim ki, duysunlar necə gözəl ölkəyik”, – Buba Kikabidze bəyan etdi.

“Milli Hərəkatın” birinci nömrəsi iki mahnı ifa etdi, o cümlədən “Tbiliso” mahnısını iki dildə, gürcücə və rusca.