Bu il 31 700-dən çox abituriyent tələbə oldu, 6 500-dən çoxu dövlət qrantı qazandı
Qiymətləndirmə və İmtahanların Milli Mərkəzinin məlumatına görə, bu il ali təhsil müəssisələrində təhsili davam etdirmək hüququ 31 700-dən çox abituriyent əldə edib ki, bu da qəbul hüququ olan imtahan iştirakçılarının təxminən 88%-ni təşkil edir.
Məlumata əsasən, 2025-ci ildə 11 600-dən çox imtahan iştirakçısı maliyyələşdirilib. Dövlət qrantı isə 6 500-dən çox abituriyentə verilib. Onlardan 1 000-dən çox abituriyent 100%-lik dövlət qrantı, 1 400-dən çox imtahan iştirakçısı 70%-lik qrant, 4 000-dən çox abituriyent isə 50%-lik qrant qazanıb.
Milli Mərkəzin açıqlamasına görə, dövlət tərəfindən maliyyələşdirilən ali təhsil proqramlarına təxminən 5 000 imtahan iştirakçısı qəbul olunub. Gürcü dili hazırlıq proqramlarında isə 1 700-dən çox abituriyent təhsilini davam etdirəcək – onlardan 700-dən çoxu maliyyələşdirilib.
Mərkəzdən bildirirlər ki, ümumi magistr imtahanının və müəllimlərin, həmçinin müəllim olmaq istəyənlərin imtahanlarının apellyasiya nəticələri yaxın günlərdə açıqlanacaq.
“2025-ci ildə bütün Gürcüstan üzrə ümumilikdə 24 imtahan mərkəzi fəaliyyət göstərirdi. Ümumilikdə imtahanlara 80 000-dən çox abituriyent qeydiyyatdan keçmişdi. Onların arasında 39 000-dən çox abituriyent vahid milli imtahanlarda iştirak edirdi; tələbələrin qrant müsabiqəsində iştirak etmək istəyini 2 400-dən çox tələbə bildirib; ümumi magistr imtahanına 10 000-dən çox magistratura namizədi qeydiyyatdan keçib; müəllimlərin və müəllim olmaq istəyənlərin imtahanlarına isə 24 300-dən çox abituriyent qeydiyyatdan keçib. Qiymətləndirmə və İmtahanların Milli Mərkəzi abituriyentlərə xatırladır ki, müqavilənin bağlanması üçün onlar mütləq təhsil almaq hüququ qazandıqları ali təhsil müəssisəsinə müraciət etməlidirlər,” – deyə Mərkəzdən bildirirlər.